“Çörək Bişirənlər Assosiasiyası”nın sədri Malxaz Dolidze
bildirib ki, ölkədə çörəyin qiyməti hələ bahalaşmayıb və istehsal
müəssisələri stabil qaydada işləyirlər.
Onun sözlərinə görə, çörəyin qiyməti ilə bağlı ajiotaj əsasən lari
kursunun dəyişməsi zamanı baş verir və çörək istehsalçıları xərclər
artan şəraitdə çörəyin qiymətinin olduğu kimi qalmasına gəlirin
azalması hesabına nail olurlar.
“Tbilisidə çörəyin qiymətinin dəyişəcəyi ilə bağlı
ajiotaj idi. Başa düşürük ki, lari ucuzlaşıb, məhsulların qiyməti
dəyişib, amma demək istəyirəm ki, nə çörəyin, nə də unun qiyməti
hələ ki, dəyişməyib və istehsal müəssisələri stabil qaydada
işləyirlər. Əlbəttə pandemiyaya görə sanitar-gigiyenik normalar
qorunur, çörək bağlı formada satılır və bağlamaq üçün materialın
dəyəri bir çörəyə 10 tetridir, bunlar hamısı qurumlarda da
qüvvədədir. Qiymətin olduğu kimi qalması gəlir xərcinin azaldılması
bahasına baş verir. Çox sayda qurumlar artıq çalışmır, bu xərclərin
artmasını qəbul edən qurumlar işləyir",– Malxaz
Dolidze deyib.