Çörək Bişirənlər Assosiasiyası”nın sədrinin sözlərinə görə, ölkədə çörəyin qiyməti hələ bahalaşmayıb

“Çörək Bişirənlər Assosiasiyası”nın sədri Malxaz Dolidze bildirib ki, ölkədə çörəyin qiyməti hələ bahalaşmayıb və istehsal müəssisələri stabil qaydada işləyirlər.



Onun sözlərinə görə, çörəyin qiyməti ilə bağlı ajiotaj əsasən lari kursunun dəyişməsi zamanı baş verir və çörək istehsalçıları xərclər artan şəraitdə çörəyin qiymətinin olduğu kimi qalmasına gəlirin azalması hesabına nail olurlar.

“Tbilisidə çörəyin qiymətinin dəyişəcəyi ilə bağlı ajiotaj idi. Başa düşürük ki, lari ucuzlaşıb, məhsulların qiyməti dəyişib, amma demək istəyirəm ki, nə çörəyin, nə də unun qiyməti hələ ki, dəyişməyib və istehsal müəssisələri stabil qaydada işləyirlər. Əlbəttə pandemiyaya görə sanitar-gigiyenik normalar qorunur, çörək bağlı formada satılır və bağlamaq üçün materialın dəyəri bir çörəyə 10 tetridir, bunlar hamısı qurumlarda da qüvvədədir. Qiymətin olduğu kimi qalması gəlir xərcinin azaldılması bahasına baş verir. Çox sayda qurumlar artıq çalışmır, bu xərclərin artmasını qəbul edən qurumlar işləyir",– Malxaz Dolidze deyib.

Mənbə: İnterPressNews

 

Print