Rusiya Gürcüstan Parlament Seçkilərində də dezinformasiya kampaniyasına davam edə bilər – Deqnan

ABŞ-ın Gürcüstandakı səfiri Kelly Deqnan, Rusiyanın 2020-ci il parlament seçkilərində də dezinformasiya kampaniyasına davam edə biləcəyini söylədi.



“Hamı davam edən prossesləri yaxından müşahidə edir, çünki yüksək gözləntilər var. Dezinformasiya mövzusuna gəldikdə, əlbəttə ki, müxtəlif ölkələrin seçkilərində, Avropada və Amerikada Rusiya tərəfindən zərərli davranışların şahidi olmuşuq. Məhz buna görə də bunun Gürcüstanda da davam etməsi ehtimalı var. İnanıram ki, Gürcüstan hökuməti bu məsələyə ciddi yanaşır. Eləcə də cəmiyyət. Çünki dezinformasiyalara düzgü və ehtiyatla cavab vermək çox vacibdir", –  deyə vurğulayıb Deqnan.

Onun sözlərinə görə, 31 oktyabr seçkilərinə maraq və gözləntilər çoxdur və bu seçkilərin azad, ədalətli və "əvvəlki seçkilərdən daha yaxşı" olması vacibdir.

Deqnanın fikrincə, seçiciləri qorxutmaq və inzibati resurslardan qeyri-düzgün istifadə kimi halların olması təəssüf doğuracaq.

Gürcüstanda parlament seçkiləri 31 oktyabrda keçiriləcək.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google