Sabahdan etibarən Acarıstanda ictimai nəqliyyat dayandırılacaq, restoranlar 22:00-a qədər işləyəcək
Koronavirusla mübarizə məqsədilə yaradılan Hökumət Koordinasiya Şurasının qərarına əsasən, sabahdan - 25 sentyabrdan etibarən Acarıstandakı restoranlar saat 22:00-dan sonra bağlanacaq və ictimai nəqliyyat dayandırılacaq.

Hökumət administrasiyasının nümayəndəsi Natia Mezvrişvili bu qərarı epidemioloji vəziyyətlə əsaslandırdı.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının nümayəndəsi Marina Endeladzenin açıqlamasına əsasən , 24 sentyabr tarixində aşkar edilmiş 259 yeni koronavirusa yoluxma hadisəsindən 164-ü Acarıstanda qeydə alınıb. Marina Endeladzenin sözlərinə görə, hazırda ölkədə 18 kritik xəstə var, bunlardan 8-i Batumi Respublika Xəstəxanasında, 2-si Tbilisidə, 2-si Qoridə, 2-si Saçxeredə və 3-ü Kutaisidə müalicə olunur.

24 sentyabrda Gürcüstanda 259 yeni koronavirus hadisəsi aşkar edildi və təsdiqlənmiş infeksiya sayı 4399 oldu. Bu barədə məlumat stopcov.ge saytında verilir.

Eyni veb saytın verdiyi məlumata görə, koronavirusdan sağalanların sayı 62 nəfər artaraq 1705-ə çatdı.

Hal-hazırda ölkədə 2669 aktiv koronavirusa yoluxmuş xəstə var, bunlardan 640 nəfər kovid-mərkəzlərinə yerləşdirilib, qalanları isə klinikada müalicə olunur.

5390 nəfər karantin rejimindədir.

Hökumətin açıqlamasına əsasən, koronavirusla mübarizə baxımından geniş miqyaslı karantinlər və iqtisadi amillər üçün məhdudiyyətlər gözlənilmir, ancaq epidemioloji vəziyyətə əsasən "nöqtəvi", konkret qərarlar veriləcəkdir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google