Azərbaycandan Gürcüstana qanunsuz idxal: 5 min litr dizel aşkarlanıb
Son 10 gün ərzində Azərbaycanla sərhəddəki “Qırmızı körpü” gömrük-keçid məntəqəsində yük maşınlarına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 5 000 litr dizel yanacağı aşkarlanıb.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Yük maşınlarının sürücüləri tərəfindən yanacağın qanunsuz idxalı kustar üsulla quraşdırılmış çənlər vasitəsilə həyata keçirilir. Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, bu cür faktlar qanun pozuntusu hesab olunur və cərimələr tətbiq edilir.

Qeyd olunub ki, Gürcüstan beynəlxalq yük daşıyıcıları tərəfindən bəyan edilməmiş yanacağın ölkə ərazisinə idxalına gömrük nəzarətini gücləndirib.

Mənbə։ NewsBureau
Print Email
FaceBook Twitter Google