Son 10 gün ərzində Azərbaycanla sərhəddəki “Qırmızı körpü”
gömrük-keçid məntəqəsində yük maşınlarına keçirilən baxış zamanı
gömrük nəzarətindən gizlədilən 5 000 litr dizel yanacağı
aşkarlanıb.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən
bildirilib.
Yük maşınlarının sürücüləri tərəfindən yanacağın qanunsuz idxalı
kustar üsulla quraşdırılmış çənlər vasitəsilə həyata keçirilir.
Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, bu cür faktlar qanun
pozuntusu hesab olunur və cərimələr tətbiq edilir.
Qeyd olunub ki, Gürcüstan beynəlxalq yük daşıyıcıları tərəfindən
bəyan edilməmiş yanacağın ölkə ərazisinə idxalına gömrük nəzarətini
gücləndirib.
Mənbə։ NewsBureau