Gürcüstanda daha 265 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 265 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı stopcov.ge saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 4 664 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 584 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 759 nəfərin sağaldığı, 26 nəfərin isə vəfat etdiyi bildirilir.

Mənbə։ apa.az
Print