Batumidə koronavirusa yoluxmuş 54 yaşlı xəstə dünyasını dəyişib
Gürcüstanda ümumilikdə 27 nəfər koronavirusdan dünyasını dəyişib.

Xəstəliyə yoluxmuş şəxs Batumidəki Respublika Xəstəxanasında müalicə olunurdu.

Acarıstanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, dünyasını dəyişən 54 yaşlı kişi təcili tibbi yardım briqadası tərəfindən 20 sentyabr saat 15:45-də kəskin tənəffüs çatışmazlığı, qızdırma, 80% ağciyər zədəsi diaqnozu ilə xəstəxanaya gətirilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

“Xəstənin vəziyyəti klinikaya daxil olan kimi ağır qiymətləndirildi. Xəstənin mürəkkəb bir anamnezi var idi: xərçəng, tənəffüs çatışmazlığı, ürək çatışmazlığı.

Klinikada bütün müvafiq tədbirlər aparıldı, lakin müşayiət olunan xəstəliklərin mürəkkəbliyi səbəbindən təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstə 25 sentyabr tarixində, saat 10:00-da dünyasını dəyişdi”, –
deyə nazirlikdən bildirilib.

Mənbə: batumelebi.netgazeti.ge

Print