Taksidə 3 nəfərdən artıq adamın olması ilə bağlı məhdudiyyətin ləğv edilməsini istisna etmirəm – Mezvrişvili

Hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvilinin sözlərinə görə, taksilərdə üç nəfərdən artıq adamın oturmasına görə tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi istisna deyil. O, bu barədə “Palitranews”-un efirində danışıb.



“Biz real olaraq şuranın hər iclasında geniş məhdudiyyətlərin götürülməsindən sonra qalan məhdudiyyətlərə yenidən baxırıq. Bu məsələyə yenidən baxılmasını da istisna etmirəm. Əgər görsək ki, sürücülər tərəfindən pis və vicdansız hərəkət edilmir, o zaman heç nə istisna deyil”,
– Mezvrişvili bildirib.

Koronavirusun qarşısının alınması məqsədi ilə ölkədə tətbiq edilmiş məhdudiyyətlərə görə indiyə qədər taksidə üç nəfərdən artıq adamın oturması qadağandır.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google