Hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvilinin
sözlərinə görə, taksilərdə üç nəfərdən artıq adamın oturmasına görə
tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi istisna deyil. O, bu
barədə “Palitranews”-un efirində danışıb.
“Biz real olaraq şuranın hər iclasında geniş məhdudiyyətlərin
götürülməsindən sonra qalan məhdudiyyətlərə yenidən baxırıq. Bu
məsələyə yenidən baxılmasını da istisna etmirəm. Əgər görsək ki,
sürücülər tərəfindən pis və vicdansız hərəkət edilmir, o zaman heç
nə istisna deyil”, – Mezvrişvili bildirib.
Koronavirusun qarşısının alınması məqsədi ilə ölkədə tətbiq edilmiş
məhdudiyyətlərə görə indiyə qədər taksidə üç nəfərdən artıq adamın
oturması qadağandır.