Ozurgetidə, Laituridə koronavirusa yoluxma halının artmasına görə hərəkət qadağan olunub

Ozurgeti bələdiyyəsinin Laituri kəndində koronavirusa yoluxma halının artmasına görə hərəkət qadağan olunub.



Polislər vətəndaşların giriş-çıxışına nəzarət edir.

Yerli əhali üçün Quriya bölgə administrasiyasında qaynar xətt yaradılıb.

“Laituridə polis tərəfindən əhalinin giriş-çıxışına nəzarət olunur. Onlar termoskrininqdən keçiriləcək. Hamını çağırırıq ki, bu qərara anlayışla yanaşsın ki, koronavirusun yayılmasının qarşısı alınsın”, – Ozurgeti meriyasından bildiriblər.

Meriyanın məlumatına görə, Laituridə gün ərzində 11 yoluxma halı qeydə alınıb və Ozurgetidə yoluxanların ümumi sayı 61 nəfər təşkil edir. Quriyada virusa yoluxanların sayı isə 84 nəfərdir.

 

Print Email
FaceBook Twitter Google