Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/home/marneulifm/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
სიახლე
Daştəpədə VMH-ın plakatlarını cırıblar - Quliyevlər ailəsi polisi onları hədələməkdə ittiham edir
Marneulinin Daştəpə kəndində yaşayan Quliyevlər ailəsi Şulaveri polis idarəsinin əməkdaşı Babək Allahverdiyevi onları hədələməkdə ittiham edir.

Bu gün, 25 sentyabr tarixində Daştəpə ictimai məktəbinin yaxınlığında Vahid Milli Hərəkatın Qardabani və Marneuli seçki dairəsindən majoritar deputatlığa namizədi Azər Süleymanovun plakatı cırılıb. Məleykə Quliyeva hadisənin şahidi olub. Onun məktəbin qarşısında kiçik piştaxtası var. Quliyeva plakatları cıran gəncə iradını bildirsə də, özünün dediyinə görə, nəticədə onu həbs etməklə hədələyiblər.

Quliyevanın sözlərinə görə, gənclərə Azər Süleymanovun plakatını cıran zaman mane olduqdan sonra polis Babək Allahverdiyev onun qardaşına zəng vuraraq deyib ki, Məleykəni axtarırlar.

"Marneuli" radiosu Babək Allahverdiyevlə əlaqə saxladı. Allahverdiyev bizimlə söhbəti zamanı ona qarşı ittihamları qəti təkzib etdi və əlavə məlumat almaq üçün bizi Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istiqamətləndirdi.

Marneuli radiosu hələ də DİN-dən cavab gözləyir.

FaceBook Twitter Google