Qamsaxurdia küçəsində yol qazılıb və hərəkət məhdudlaşdırılıb

Marneuli şəhərinin Qamsaxurdia küçəsində hərəkət məhdudlaşdırılıb.



İçməli suyun çəkilməsi işlərinə görə küçənin bir hissəsi tamamilə qazılıb. Avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Piyada hərəkət edənlər üçün də problem yaranaıb. Səki qazılıb və vətəndaşlar yoluna davam etmək üçün arxın üzərindən hoppanaraq keçməli olurlar.

Marneuli meriyasından "Marneuli" radiosuna bildirdilər ki, küçədə planlı işlər aparılır və işlər başa çatan kimi hərəkət bərpa olunacaq.

 

Print Email
FaceBook Twitter Google