“Azərbaycanın Silahlı Qüvvələrinin öz ərazi bütövlüyünün bərqərar
olunması yönündə apardığı uğurlu hərbi əməliyyatlar onu deməyə əsas
verir ki, bölgəmizdəki bu kimi münaqişələr tezliklə öz həllini
tapmalıdır”.
Bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev “Facebook”
səhifəsində yazıb.
Deputat bildirib ki, münaqişələr həll olunmadığı halda silaha əl
atmaq məcburiyyətində qalınır: “Bu gün Abxaziyanın işğal olunduğu
gündür. Təəssüflər olsun ki,
Gürcüstan da separatizmdən əziyyət
çəkən dövlətlər sırasındadır. Azərbaycanın ərazi bütövlüyünün
bərpasının Gürcüstanın ərazi bütövlüyü məsələsinin həllinə tez bir
zamanda yol açacağına inanıram”.
Mənbə: NewsBureau