"Güc Birlikdədir" tərəfdarları Bolnisiyə toplaşaraq etiraz mitinqi
keçirirlər. Onlara görə, bunun səbəbi "Gürcü Arzusunun" majoritar
namizədi olan Qoqi Meşvelianinin qardaşının və təxminən 50 nəfərin
müxalifət üzvlərini döyməsi idi.
"Güc Birlikdədir" namizədi Kaxa Okriaşvilinin sözlərinə görə,
təcavüzkarlarda odlu silah var idi və "ünvansız atəş etdilər".
Yaralananlardan biri, "Gürcü Arzusu" namizədinin qardaşı tərəfindən
hücum edildiyi zaman çayxanada olduğunu söylədi.
Hadisə yerinə polislər gəlib. Daxili İşlər Nazirliyindən verilən
məlumata görə, iş Gürcüstan Cinayət Məcəlləsinin qrup zorakılığını
nəzərdə tutan 126-cı maddəsinin 1-ci hissəsinin "b" bəndinə əsasən
aparılır.
On.ge-yə danışan Qoqi Meşveliani ittihamları rədd edir və əksinə
müxalifəti fiziki hücumda günahlandırır.
"Yalanlar yayırlar və vəziyyəti əksinə göstərməyə çalışırlar.
Onların bölgəsinin lideri Arif Yusufov qohumları və yoldaşları ilə
birlikdə təşviqat qrupumuza hücum etdilər. Çayxanada qarşıdurma
yaradırdılar, bizim nümayişçilər qaçdı, mikro qərargaha döndü və
sonra Yusufov və digər tərəfdarları seçki qərargahında dəyənəklər
və daşlarla aktivistlərimizə hücum etdilər və Yusufov
aktivistimizin başını yaraladı."
Daxili İşlər Nazirliyinə müraciət edib etmədikləri barədə suala
Meşveliani bu barədə məlumatının olmadığını bildirdi. Dediyinə
görə, hadisə baş verən zaman Bolnisidə olmayıb.
Qardaşına gəlincə, Meşveliani, onun hadisə başladıqdan sonra
qarışdığını və tərəfləri araladığını söyləyir.
"Qardaşım hadisə baş verən zaman çayxanaya çox yaxın bir yerdəki
mikro qərargahda idi. Fiziki bir qarşıdurmanın başladığını
öyrənəndə gəldi. Onun gəlməyi və qarşıdurmaya qarışmağı vəziyyəti
yüngülləşdirdi və aktivistlərimizi qorudu. Bunun üçün də ona
dəyənəklər və daşlarla hücum ediblər," - dedi.
Bolnisidəki müxalifətin məni hücumda ittiham etməsi ilk dəfə deyil.
Xatırladaq ki, Kaxa Okriaşvili bu dövr parlamentində "Gürcü
Arzusunun" təmsilçisi idi.