“İndi Dağlıq Qarabağda gərginlikdə kimin haqlı, kimin
günahkar olmasını müəyyənləşdirmək vaxtı deyil”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
bildirib.
Onun sözlərinə görə, indi vacib olan hərbi əməliyyatları
dayandırmaqdır.
“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə
ki, hazır vasitəçi kimi nizamlanmada rol oynamağa hazırdır. İndi
ilk növbədə çox vacibdir ki, döyüş fəaliyyətləri dayandırılsın,
kimin haqlı, kimin günahkar olmasını müəyyən etmək əsas deyil.
Rusiya hər zaman bərabərölçülü mövqe tutub. Məhz Rusiyanın bu
mövqeyi və Ermənistan və Azərbaycanla ənənəvi mehriban
münasibətləri ona öz təsirindən istifadə etməyə imkan
verir”, - deyə Kremlin sözçüsü Dağlıq Qarabağda
gərginliyin başlanmasında kimin maraqlı olması ilə bağlı suala
cavabında bildirib.
Mənbə: apa.az