"Qarabağ Azərbaycan Respublikasının suveren
ərazisidir" deyə keçmiş prezident Mixail Saakaşvili
Dağlıq Qarabağdakı erməni və Azərbaycan tərəfləri arasında hərbi
əməliyyatların yenidən başlamasına cavab olaraq bildirib.
"Mənim mövqeyim çox aydındır - dövlət bütövlüyü
prinsipinə söykənir, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının
suveren ərazisidir və bunu heç nə dəyişməyəcək", –
deyə Saakaşvili Facebook-da yazıb.
"Əlbəttə ki, eyni zamanda, bu bölgənin məcburi qaçqını olan hər
kəsin evlərinə qayıtmaq hüququ var və elə də orda yaşayanlar dinc
yaşamaq hüquqlarına sahibdirlər və onların hüquqları
qorunmalıdır", – yazdı.
Saakaşvili, həmçinin Azərbaycan ilə Ermənistan arasındakı hərbi
toqquşmaların
"bölgəmizdəki sülh və xalqlarımızın
rifahı üçün qayğı göstərənlərin hamısını çox narahat
etdiyini" və bu səbəbdən
"insan tələfatı
və vəziyyətin gərginləşməsini" "böyük ürək ağrısı"
ilə yanaşdığını yazıb.
Sonda Saakaşvili
"Gürcüstan Qafqazın üç milləti
arasındakı qardaşlıq və dostluq münasibətlərində
maraqlıdır" və
"gələcəyimiz üç Baltikyanı
dövlət arasındakı münasibətlər kimi olmalıdır"
– yazıb. Onun sözlərinə görə,
"yalnız
xarici qüvvələr bizi dayandırmaqda və bizə hakim olmaqda maraqlıdır
və biz buna heç bir şəkildə icazə
verməməliyik."
Dağlıq Qarabağda hərbi toqquşmalar 27 sentyabr səhəri yenidən
başladı. Tərəflər qurbanlardan bəhs edir və hərbi əməliyyatların
yenidən başlamağında bir-birlərini günahlandırırlar. Ermənistan və
Azərbaycanda hərbi vəziyyət elan edildi.
Gürcüstan hökuməti, xüsusən Xarici İşlər Nazirliyi, növbəti hərbi
eskalasiyanı narahatlıqla izlədiklərini söylədi.
Gürcüstan "atəşkəs razılığının əldə ediləcəyi, tərəflər arasında
danışıqlar rejiminin əldə ediləcəyi və genişmiqyaslı döyüş
əməliyyatlarının aparılacağına" ümid etdiyini bildirdi.
"Öz tərəfimizdən Gürcüstanın gərginliyin azaldılmasına
və bölgədə sülhün bərqərar olmasına hər cür töhfə verməyə hazır
olduğunu bəyan edirik", – dedi.
Gürcüstan müxalifət partiyaları da vəziyyətə cavab verdi. Məsələn,
"Avropa Gürcüstanının" liderlərindən biri Sergi Kapanadze bu gün
səhər Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinc mövqenin
vacib olduğunu və eyni zamanda bir neçə ssenariyə hazırlamalı
olduqlarını söylədi.