Ulduz falı – İnsanların gur olduqları tədbirlərə qatılmayın
Qoç - işgüzar fəaliyyətlə bağlı, habelə əmlak və maliyyə
məsələlərini yaxşı bələd olmadığınız insanla müzakirə etməyin.
Günün ikinci yarısında dedi-qodu və şayiələrə əsla əhəmiyyət
verməyin. Heç bir halda yalan məlumatın yayılmasında iştirak
etməyin. Hər hansı addımı gizlətməyə çalışsanız da, bu olay az
sonra faş olacaq.
Buğa - uğurlar kiçik, amma asan əldə ediləndir. İzafi səylərə heç
bir ehtiyac yoxdur. Rəğbət bəslədiyiniz, laqeyd qalmadığınız
insanlarla təmaslar üçün əlverişli gündür. Dəyər verdiyiniz insanın
marağını cəlb edə bilərsiniz.
Əkizlər - pul xərcləməyə tələsməyin. Alış-verişdə bədxərclik
etməyin. Adi və rutin işlərlə məşğul olmaq sizi yormayacaq.
Gərəksiz əşyalar və hisslərdən qurtulun. Bədbinlik, komplekslər və
yanlış düşüncələrlə vidalaşın. Bütün bunlar sizin irəliyə doğru
hərəkətinizə mane olur.
Xərçəng - mühüm məsələlərin müzakirəsi və həlli üçün əlverişli
gündür. Bəyənmədiyiniz, xoşlamadığınız insanlarla ünsiyyətdən belə,
xeyir əldə edə bilərsiniz. Az sonra karınıza gələcək, yaxşı gəlir
əldə etməyə imkan verəcək informasiya əldə edə bilərsiniz.
Şir - belədə problemlərin sayı sürətlə arta bilər. Alış-verişdə
bədxərclik etməyin. Maliyyə məsələlərində sayıq olun. İşgüzar
danışıqlar və səfər pis nəticə verməyəcək.
Qız - insanların gur olduqları tədbirlərə qatılmayın. İctimai
tədbir və ya siyasi aksiyada iştirakı ertələyin. Günün ikinci
yarısında adi vaxtlarla müqayisədə daha çox risk etməyin.
Tərəzi - çox mürəkkəb gündür. Ciddi problemləri çözmək
istəyirsinizsə, soyuqqanlı davranın. Hansısa məsələdə sizinlə
razılaşmayan insanı dinləməklə yanaşı, onun dediklərini anlamağa və
təhlil etməyə can atın.
Əqrəb - Hirsli, aqressiv olmayın. Günün ikinci yarısında yaxın
ətrafınızdakı insanları idarə etməyə çalışmayın. Hər addımbaşı
liderlik məziyyətlərinizi nümayiş etdirməyə çalışmayın. Axşam
saatlarında normal istirahət edin, dincəlin.
Oxatan - qarışıq, laübəli gündür. Yaxınlarınızla münasibətlərdə
ciddi problemlər yarana bilər. Mənasız məsələyə görə mübahisə,
qarşıdurma istisna deyil. Çətin olsa da, təmkinli və soyuqqanlı
olun. Emosiyaların sağlam məntiqi üstələməsinə imkan verməyin.
Oğlaq - yaxınlarınızın rifahını düşünün. Təhlükə və ya əndişəyə
qapılmayın, sinirlənməyin. Axşam saatlarında dəyər verdiyiniz
insanla bağlı yaxşı xəbər və ya xoş sürprizlə
qarşılaşacaqsınız.
Dolça - yeni iş və ya layihə üçün əlverişli zamandır. İşlərinizdə
irəliləyişlərə nail olmaq üçün münasib zamandır. Yaşamınızda
yeniliklər istisna deyil. Zərərli vərdişlərdən biri ilə vidalaşın.
Günün ikinci yarısında yeni layihəyə başlamaq olar.
Balıqlar - təkbaşına, müstəqil şəkildə çalışın. Əsəbləşməyin,
hisslərinizi tarıma çəkməyin. Bədbinliyə qatılmayın, ruhdan
düşməyin. Mənəvi tarazlığa nail olmağın yollarını arayın. Əhvalınız
yalnız sizdən asılıdır.