"Avropalı Gürcüstanın" fəalı tir tüfəngi ilə vurulub. Bu barədə
məlumatı partiyanın majoritar deputatlığa namizədi Əhməd
İmamquliyev təsdiq etdi və bildirdi ki, hadisə Sadaxlı kəndində
partiyanın təbliğat banerini asarkən baş verib.
"Hazırda Marneulinin "Geo Hospitals" klinikasındayıq.
Ancaq düşünürük ki, polis binasının qarşısına keçək çünki bizim
fəalı oraya aparıblar. Onun vəziyyəti normaldır, amma təəssüf ki,
pis hadisə baş verib. Həmin güllə gözünə də dəyə bilərdi. Güllə
ayağına dəydi."
Fəalı kimin vurduğunu görməyiblər. Ancaq İmamquliyev baş vermiş
hadisədə “Gürcü Arzusu”-nu ittiham edir. Daxili İşlər Nazirliyi
faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq
aparır. Həmin maddə sağlamlığa qəsdən yüngül xəsarət vurmanı
nəzərdə tutur.