Gürcüstan Parlamenti üçüncü oxunuşda yeni qanun layihəsini qəbul
edib, bu qanuna görə peşə təhsili almaq istəyən tələbələr üçün
proqram sona çatanadək hərbi xidmət təxirə salınacaq.
Qanun layihəsi Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman
Nazirliyinin təşəbbüsü ilə hazırlanıb və Gürcüstanın Hərbi
Mükəlləfiyyət və Hərbi Xidmət Qanununda dəyişiklikləri nəzərdə
tutur.
Gürcüstan Təhsil Nazirliyindən verilən məlumata görə, layihəyə
əsasən peşə təhsili almaq istəyən gənclər istədikləri proqram üzrə
təhsillərini başa vurmaq və sonra məcburi hərbi xidmətə başlamaq
fürsəti əldə edəcəklər.
Qanuna edilən dəyişikliklərə görə təxirə salınma yalnız bir dəfə və
yalnız proqram müddətində baş verəcək.