Marneuliyə xüsusi təyinatlar səfərbər edilib
Marneuli polis şöbəsinin ərazisinə xüsusi təyinatlar səfərbər edilib. Xüsusi təyinatlılar hal-hazırda avtomobildədirlər. Rayona xüsusi təyinatların səfərbər edilməsinə səbəb "Gürcü Arzusu" və "Vahid Milli Hərəkat" partiyasının üzvləri arasında baş vermiş qarşıdurma olduğu güman olunur.

Qarşıdurma zamanı "VMH" partiyasının üzvü Qivi Kveladze xəsarət alıb. O, "Aversi" klinikasına yerləşdirilib. Bununla yanaşı "Mtavari" və "Gürcüstan Birinci Kanalı"-nın çəkiliş qrupuna da hücum edilib. Çəkiliş qrupuna hücum zamanı "Mtavari" kanalının jurnalisti xəsarət alıb. Xəsarət alan jurnalist "Geo Hospitals" klinikasına yerləşdirilib. Klinikadan verilən məlumata görə, o, kəllə-beyin travması alıb.

Həmçinin "Mtavari" və "Gürcüstanın Birinci Kanalı"-nın çəkiliş qrupunun texnikasına da zərər dəyib.

Hadisə ilə bağlı istintaq başlayıb.

Print Email
FaceBook Twitter Google