Marneulidə 2 400 000 lari dəyərində idman kompleksinin təməlatma mərasimi keçirildi (VİDEO)
Bu gün, 21 oktyabr tarixində Marneuli rayonunun Qızılhacılı kəndində müasir standartlara cavab verən idman kompleksinin təməlatma mərasimi keçirildi. İdman kompleksi Azərbaycan Dövlət Neft Şirkəti "SOCAR" tərəfindən inşa edilir. Layihənin ümumi dəyəri 2 400 000 lari təşkil edir. 1 157 kv m ərazini əhatə edəcək kompleksin 8 ay ərzində tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

Təməlatma mərasimində Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexiaşvili, Parlament deputatları Ruslan Hacıyev, Savalan MirzəyevMahir Dərziyev, Marneuli-Qardabani seçki dairəsindən majoritar deputatlığa namizəd Zaur Darğallı, Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze, Marneuli bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və digər rəsmi şəxslər iştirak edirdilər.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti və Gürcüstan hökumətinin nümayəndələri İlməzli kəndində yeni qaz xəttinin çəkilişi ilə əlaqədar olaraq sakinlərlə görüş keçirdilər.

Rövnəq Abdullayev Marneulidəki tədbir başa çatdıqdan sonra Dmanisi rayonunun Yırğançay kəndinə yola düşdü. Orada da kənddə yeni qaz xəttinin çəkilməsi tədbirində iştirak edəcək.

Qeyd edək ki, Abdullayev 20 oktyabr tarixində Laqodexi rayonunun Qabal kəndində yeni tikləcək uşaq bağçasının təməlatma mərasimində iştirak edib.


Print Email
FaceBook Twitter Google