“SOCAR Georgia Gas” şirkəti Dmanisinin Yırğançay kəndinə təbii qazın verilməsinə başlayıb
“SOCAR Georgia Gas” şirkəti Dmanisinin Yırğançay kəndində təbii qazın çəkilməsi işlərini tamamlayıb. Bununla da bu gündən etibarən kənddə təbii qazın verilməsinə başlanılıb. Təbii qazın verilməsi ilə əlaqədar olaraq Yırğançay kəndində açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexiaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, şirkət Dmanisi bələdiyyəsində ümumilikdə 295 km uzunluğunda qaz xətti çəkib. Bununla da “SOCAR Georgia Gas” şirkəti bələdiyyədə 7029 potensial abonent qazanıb.

“SOCAR Georgia Gas” şirkəti tərəfindən 2020-ci ildə daha iki kənddə qazlaşdırma işləri həyata keçiriləcək. Tikiləcək qaz xəttinin uzunluğu 12,3 km-dir. Layihə başa çatdıqdan sonra 242 abonent təbii qazdan istifadə edə biləcək.

Hazırda Dmanisi rayonunun 83,1% -i qazlaşdırılıb.

Print Email
FaceBook Twitter Google