Zuqdididə bir neçə girov sərbəst buraxılıb, basqınçı ilə danışıqlar davam etdirilir
Zuqdididə “Gürcüstan Bankı”nın filialında saxlanılan girovların azad olunması üçün intensiv danışıqlar aparılır.

Daxili İşlər Nazirliyi 2 girovun sərbəst buraxılması barədə məlumat yayıb.

Qeyd olunub ki, yerdə qalan girovların da azadl edilməsi üçün bütün addımlar atılır.

Yayılan məlumatlara əsasən, hazırda bankda qalan girovların sayı 16-dır.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google