Kvemo Kartlidə virus hallarının artması toy süfrəsi ilə bağlıdır - Qamkrelidze
Kvemo Kartlidə COVID-19-a yoluxanların sayında ciddi artımın səbəbi toy şənlikləridir. Bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze yayıb və pandemiya böhranında vətəndaşları qaydalara riayət etməyə çağırıb.

"[Virus] Kvemo Kartlidəki 107 yoluxma halına da əhəmiyyətli dərəcədə təsir etdi. Bu isə yenə böyük tədbirlərlə əlaqələndirilir. Bir toy şənliyi oldu və bu kəndlərdən birində epidemiyaya səbəb oldu və nəticədə təhsil ocaqlarına da yayıldı", – deyə Qamkrelidze qeyd edib.

24 oktyabr səhər saatlarına olan məlumata görə, ölkədə 1 941 yeni koronavirusla yoluxma halı aşkar edilib. Bu yoluxma hallarının 1 034-ü Tbilisidə, 320-i Acarıstanda və 258-i İmeretidədir.

Hökumətin verdiyi məlumata əsasən, ölkədə COVID-19-a yoluxmuş xəstələrin 427-sinin vəziyyəti ağırdır, bunlardan 97-si cihaza bağlıdır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google