Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronu və bu
ölkənin İslam dininə qarşı apardığı siyasəti sərt tənqid etməsindən
sonra rəsmi Paris Ankaradakı səfirini məsləhətləşmələr aparmaq üçün
geri çağırıb.
Bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Həmçinin Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa Fransanın
Xarici İşlər nazirliyinə çağırılıb.
Türkiyə səfirinə bildirilib ki, bunun səbəbi R.T. Ərdoğanın Fransa
əleyhinə “aşağlayıcı” çıxışlar etməsidir.
Mənbə: oxu.az