Gürcüstanda yağış və duman gözlənilir
Milli Ekologiya Agentliyinin məlumatına görə, 26-30 oktyabr tarixlərində Gürcüstanın qərbində isti və yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu +25, +30 dərəcə olacaq.

28-29 oktyabr tarixlərində Şərqi Gürcüstanın bəzi yerlərində zəif yağış və duman müşahidə oluna bilər, qalan günlərdə isə əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu +19, +24 dərəcə olacaq. 31 oktyabrda Gürcüstanın bəzi bölgələrində yağış yağacaq.

26-27 və 29-31 oktyabr tarixlərində Tbilisidə yağış gözlənilmir, havanın temperaturu +22, +24 dərəcə olacaq. Oktyabrın 28-də az miqdarda yağış yağacağı və duman olacağı, temperaturun +18 dərəcəyə enəcəyi gözlənilir.

Mənbə: rustavi2.ge
Print Email
FaceBook Twitter Google