“Gürcüstan hökuməti dövlət sərhədlərinin delimitasiya
və demarkasiyası ilə bağlı məsələlərin həlli üçün fəal işə
başlayıb”.
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.
Nazir sərhədlə bağlı məsələləri ağır miras adlandırıb: “Lakin
cəmiyyətimiz bilməlidir ki, bu məsələ dövlət maraqlarımız nəzərə
alınmaqla mütləq həll olunacaq”.
D.Zalkalianinin sözlərinə görə, sərhədlərin müəyyən edilməsi çox
vacibdir, belə ki, dövlətçilik və vətən sərhəddən başlayır:
“Əminəm ki, hökumətimizin başlatdığı proses məntiqi
sona çatacaq. Bu əlbəttə ki, həm Gürcüstan, həm də strateji
tərəfdaşımız Azərbaycanın maraqlarını nəzərə almaqla baş
verəcək”.
XİN başçısı qeyd edib ki, Ermənistanla da sərhədlərin müəyyən
edilməsi istiqamətində işlər davam etdiriləcək.
“Ermənistanla sərhədlərin demarkasiya və
delimitasiyası məsələsini də həll edəcəyik”.
Mənbə: NewsBureau