Azərbaycan Gürcüstandan çay idxalını 24% artırıb
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 3,28 milyon ABŞ dolları dəyərində 534,2 ton çay idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 10,4 ton və yaxud 2% çoxdur.

9 ay ərzində Azərbaycan Gürcüstandan isə 1,43 milyon ABŞ dolları dəyərində 203,9 ton çay idxal edib. Bu da illik müqayisədə 39,6 ton və yaxud 24,1% çoxdur.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google