Azərbaycan gürcü şərabının idxalını 30% artırıb
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 98 921 litr təbii üzüm şərabı ixrac olunub.

Bu barədə Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

9 aylıq şərab ixracının ümumi dəyəri 410,5 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 313 191 litr pivə də idxal edib ki, bu da illik müqayisədə 4,1% çoxdur.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google