Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 98 921
litr təbii üzüm şərabı ixrac olunub.
Bu barədə Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən
bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.
9 aylıq şərab ixracının ümumi dəyəri 410,5 min ABŞ dolları
olub.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 313 191 litr pivə də idxal
edib ki, bu da illik müqayisədə 4,1% çoxdur.
Mənbə: report.az