Gürcüstanda onlayn klinika yaradılır
Gürcüstanın Səhiyyə Nazirliyinin bazasında mərkəzi onlayn klinika fəaliyyət göstərəcək.

Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Klinika koronavirusa yoluxma hallarına nəzarət
funksiyasını yerinə yetirəcək, həmçinin müalicə prosesinin keyfiyyətini monitorinq edəcək.

Onlayn klinika ailə həkimləri, kiçik tibb bacıları, tibb fakultələrinin yuxarı kurs tələbələrindən komplektləşdiriləcək. Onların hamısı treninq keçəcək.

Klinikanın təqdimatı noyabrın 2-də olacaq.

Mənbə: NewsBureau
Print