Müxalif telekanal sorğu keçirib – “Gürcü Arzusu” liderdir
Ipsos beynəlxalq araşdırma şirkəti müxalif “Mtavari” telekanalının sifarişi ilə Gürcüstanda sorğu keçirib.

Sorğuda iştirak edənlər “Parlamentə seçkilər gələn həftə keçirilsəydi, hansı partiyaya səs verərdiniz?” sualına cavab veriblər.

Respondentlərin cavabları belə olub:
  • “Gürcü Arzusu” — 23%;
  • “Vahid Milli Hərəkat və birləşmiş müxalifət”— 18%;
  • “Avropalı Gürcüstan” — 4%;
  • “Yeni Gürcüstan– Aqmaşenebeli strategiyası”— 4%;
  • “Gürcüstan üçün Lelo” — 3%;
  • Leyboristlər partiyası — 2%;
  • “Qirçi”— 1%;
  • “Vətənpərvərlər Alyansı” — 1%;
  • “Demokratik Hərəkat – Vahid Gürcüstan” — 1%;
  • “Vətəndaş hərəkatı – Aleko elisaşvili” — 1%;
  • Digər partiyalar — 1%.
Rəyi soruşulanların 41%-i hələ qərarsız olduqlarını bildiriblər və ya suala cavab verməkdən imtina ediblər.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google