Gürcüstan Müdafiə Nazirliyi müsəlman hərbiçilər üçün Qurani-Kərimin tərcüməsini çap etdirib
Gürcüstan Müdafiə Nazirliyi Qurani-Kərimin gürcücə tərcüməsini cib kitabı formatında çap etdirib. Çap olunmuş müqəddəs kitabın tərcüməsi ölkənin Müdafiə Qüvvələrində xidmət edən müsəlman hərbçilər üçün nəzərdə tutulub.

Gürcüstan Müsəlmanları idarəsi ilə əməkdaşlıq çərçivəsində çap olunmuş bu kitabın ərəb dilindən gürcü dilinə tərcüməsi idarənin əməkdaşı, ilahiyyatçı Rezo Mikeladzeyə məxsusdur.

Gürcüstan Müsəlmanları İdarəsi bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə görə nazirliyə təşəkkür edib.

Onu da qeyd edək ki, 5 il bundan öncə Müdafiə Nazirliyinin təşəbbüsü ilə müsəlman əsgərlərin xidmət etdikləri hərbi hissələrdə gündəlik namazlar və həmçinin Cümə və Bayram namazlarının qılınması üçün xüsusi ibadət yerləri yaradılıb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google