“Gürcü Arzusu”ndan xəbərdarlıq: Bolnisi, Dmanisi və Marneulidə təxribatlar planlaşdırılır
“Radikal müxalifətin seçki günü üçün destruktiv planları var”.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının seçki qərargahının rəhbəri İrakli Kobaxidze bildirib.

O deyib ki, müxalifətin əsas məqsədi səsvermə günü təxribat və insidentlər yaratmaqdır.

İ.Kobaxidzenin sözlərinə görə, müxalifətin Bolnisi, Dmanisi, Marneuli, Batumi, Zuqdidid və Qldanini təxribatlar episentrinə çevirməklə bağlı planları var.

O qeyd edib ki, müxalifət nümayəndələri seçki məntəqələrində vacib əşyalara zərər vurmaq və ya oğurlamaq, komissiya üzvlərini təhqir etmək və fiziki qarşıdurma yaratmaq kimi təxribatlara əl ata bilərlər.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google