“Radikal müxalifətin seçki günü üçün destruktiv
planları var”.
Bu barədə hakim Gürcü Arzusu Partiyasının seçki qərargahının
rəhbəri İrakli Kobaxidze bildirib.
O deyib ki, müxalifətin əsas məqsədi səsvermə günü təxribat və
insidentlər yaratmaqdır.
İ.Kobaxidzenin sözlərinə görə, müxalifətin Bolnisi, Dmanisi,
Marneuli, Batumi, Zuqdidid və Qldanini təxribatlar episentrinə
çevirməklə bağlı planları var.
O qeyd edib ki, müxalifət nümayəndələri seçki məntəqələrində vacib
əşyalara zərər vurmaq və ya oğurlamaq, komissiya üzvlərini təhqir
etmək və fiziki qarşıdurma yaratmaq kimi təxribatlara əl ata
bilərlər.
Mənbə: NewsBureau