Gürcüstanın Türkiyədəki səfirliyi vətəndaşlara yeni tənzimləmələrlə bağlı xəbərdarlıq edib
Gürcüstanın Ankarada yerləşən səfirliyi vətəndaşlara Türkiyə dövlətinin koronavirusun dayandırılması üçün qəbul etdiyi yeni tənzimləmələrlə bağlı xəbərdarlıq edib.

“Türkiyə tərəfinin qərarına əsasən koronavirusun yayılmasının qarşısının alınması çərçivəsində, ölkə miqyasında vətəndaşların bazar ertəsindən cümə gününə qədər saat 21:00-dan 05:00-a qədər, şənbə-bazar günləri isə cümə günü saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər küçəyə çıxması qadağan olunur. Qeyd olunan tənzimləmə 1 dekabr saat 21:00-dan qüvvəyə minir. Yeni tənzimləmələrə əsasən ölkə miqyasında ticarət mərkəzlərinə girmək üçün “HES” kod təqdim etməlidirlər”, – səifirliyin yayımladığı bəyanatda deyilir.

Səfirliyin bildirdiyinə görə qeyd olunan qaydaları pozan şəxslər cərimələnəcək.

Bəyanatda Gürcüstan vətəndaşlarının əlavə məlumat almaq üçün əlaqə saxlaya biləcəyi telefon nömrələri də qeyd olunub.

1. Gürcüstanın Ankara şəhərində yerləşən səfirliyinin qaynar xətti:+90 533 690 30 40; +90 539 220 82 80
2. Gürcüstanın İstanbuldakı Baş Konsulluğunun qaynar xətti: +90 541 818 44 00
3. Gürcüstanın Trabzonda yerləşən Baş Konsulluğunun qaynar xətti: +90 541 326 22 26


Türkiyədə koronavirusa 838 000-dən artıq yoluxma halı təsdiqlənib. İndiyə kimi 13 700-dən artıq adam dünyasını dəyişib. Hökumət yeni məhdudiyyətlər qəbul etmək qərarını ölkədə 25 noyabrdan virusun yayılması miqyasının artmasından sonra verib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google