Gürcüstanın Ankarada yerləşən səfirliyi vətəndaşlara Türkiyə
dövlətinin koronavirusun dayandırılması üçün qəbul etdiyi yeni
tənzimləmələrlə bağlı xəbərdarlıq edib.
“Türkiyə tərəfinin qərarına əsasən koronavirusun yayılmasının
qarşısının alınması çərçivəsində, ölkə miqyasında vətəndaşların
bazar ertəsindən cümə gününə qədər saat 21:00-dan 05:00-a qədər,
şənbə-bazar günləri isə cümə günü saat 21:00-dan bazar ertəsi saat
05:00-a qədər küçəyə çıxması qadağan olunur. Qeyd olunan tənzimləmə
1 dekabr saat 21:00-dan qüvvəyə minir. Yeni tənzimləmələrə əsasən
ölkə miqyasında ticarət mərkəzlərinə girmək üçün “HES” kod təqdim
etməlidirlər”, – səifirliyin yayımladığı bəyanatda deyilir.
Səfirliyin bildirdiyinə görə qeyd olunan qaydaları pozan şəxslər
cərimələnəcək.
Bəyanatda Gürcüstan vətəndaşlarının əlavə məlumat almaq üçün əlaqə
saxlaya biləcəyi telefon nömrələri də qeyd olunub.
1. Gürcüstanın Ankara şəhərində yerləşən səfirliyinin
qaynar xətti:+90 533 690 30 40; +90 539 220 82 80
2. Gürcüstanın İstanbuldakı Baş Konsulluğunun qaynar xətti: +90 541
818 44 00
3. Gürcüstanın Trabzonda yerləşən Baş Konsulluğunun qaynar xətti:
+90 541 326 22 26
Türkiyədə koronavirusa 838 000-dən artıq yoluxma halı təsdiqlənib.
İndiyə kimi 13 700-dən artıq adam dünyasını dəyişib. Hökumət yeni
məhdudiyyətlər qəbul etmək qərarını ölkədə 25 noyabrdan virusun
yayılması miqyasının artmasından sonra verib.