"Tbilisi Energy" - Qardabani bələdiyyəsinin kəndlərində təbii qaz tarifi ucuzlaşıb
Qardabani bələdiyyəsinin Muxranteleti, Zemo və Kvemo Teleti, Tsalaskuri, Axaltskali və Kumisi kəndlərinin əhalisinə bu gündən təbii qaz ucuzlaşdırılmış tariflə veriləcək. Bu haqda məlumatı “Tbilisi Energy” yayımlayıb.

Şirkətdən bildiriblər ki, Semec-in qərarına əsasən 1 dekabr tarixindən qeyd olunan kəndlər “Tbilisi Energy”nin lisenziya sahəsində daxil edilib.

“Gürcüstanda təbii qaz abuneçəilərinə ən aşağı tarifi “Tbilisi Energy” təklif edir. Müvafiq olaraq, Qardabaninin kəndləri “Tbilisi Energy”-nin abunəçisi olduqdan sonra təbii qazın tarifi də azaldılıb. Bu günə qədər Muxranteleti, Zemo və Kvemo Teleti, Tsalaskuri, Axaltskali və Kumisi kəndlərinin əhalisinə başqa özəl şirkət xidmət göstərirdi və təbii qazın tarifi 48,7460 tetri idi. Bu gündən isə onlar “Tbilisi Energy”-nin xidmətindən istifadə edəcəklər. Təbii qaz tarifi isə ucuzlaşdırılıb və 46,1374 tetri olub”, – şirkətdən bildiriblər.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google