Gürcüstanın tanınmış siyasətçisi vəfat edib
Gürcüstanın tanınmış siyasətçisi Koba Davitaşvili 49 yaşında vəfat edib.

O, durumu ağırlaşdığından iki həftə öncə xəstəxanaya yerləşdirilmişdi.

K.Davitaşvili 2017-ci ildən nadir hesab olunan Bexterev xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, siyasətçi bir neçə çağırışda Gürcüstan parlamentinə deputat seçilib, 2010-2012-ci illərdə Tbilisi Şəhər Şurasında təmsil olunub. Sonuncu dəfə K.Davitaşvili 2012-ci ildə qanunverici orqana seçilmişdi. Keçmiş deputat 2013-cü ildə Gürcüstanda prezident seçkilərində namizəd kimi iştirak edib. O, müxalif Xalq Partiyasının sədri olub.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google