"Mtavati" kanalının qurucusu Nika Qvaramia, müxalifət liderləri
Nika Melia və İrakli Okruaşvilinin məhkəməsi təxirə salınıb. Bu
barədə onlar “Facebook”-da yazıblar.
Dünən, dekabrın 1-də, işlərin məhkəmədə müzakirə edilməsi dekabrın
birinci yarısına təyin edildi. Lakin bu gün, 2 dekabr tarixində,
məhkəmə qərarı ləğv edib və işlərinə baxılmasını koronavirus səbəbi
ilə təxirə salıb.
“Mənə şəhər məhkəməsindən zəng etdilər. İşlərin müzakirəsi, şərti
olaraq, koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə
salınıb. Hə, pandemiya dünən gecə başladı, yəqin", – deyə Nika
Qvaramia sosial şəbəkədə yazıb.
10 dekabrda başqa bir müxalifət lideri, "Avropalı Gürcüstan"-ın
üzvü Qiqi Uqulavanın məhkəməsi planlaşdırılırıb. Uqulavanın
məhkəməsinin təxirə salınıb-salınmadığı hələ məlum deyil.
Partiyadan "Netgazeti"-yə verilən məlumata görə, Qiqi Uqulava
hal-hazırda bunu müəyyənləşdirir.