Qvaramia, Melia və Okruaşvilinin məhkəməsi koronavirus səbəbiylə təxirə salınıb

"Mtavati" kanalının qurucusu Nika Qvaramia, müxalifət liderləri Nika Melia və İrakli Okruaşvilinin məhkəməsi təxirə salınıb. Bu barədə onlar “Facebook”-da yazıblar.



Dünən, dekabrın 1-də, işlərin məhkəmədə müzakirə edilməsi dekabrın birinci yarısına təyin edildi. Lakin bu gün, 2 dekabr tarixində, məhkəmə qərarı ləğv edib və işlərinə baxılmasını koronavirus səbəbi ilə təxirə salıb.

“Mənə şəhər məhkəməsindən zəng etdilər. İşlərin müzakirəsi, şərti olaraq, koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınıb. Hə, pandemiya dünən gecə başladı, yəqin", – deyə Nika Qvaramia sosial şəbəkədə yazıb.

10 dekabrda başqa bir müxalifət lideri, "Avropalı Gürcüstan"-ın üzvü Qiqi Uqulavanın məhkəməsi planlaşdırılırıb. Uqulavanın məhkəməsinin təxirə salınıb-salınmadığı hələ məlum deyil. Partiyadan "Netgazeti"-yə verilən məlumata görə, Qiqi Uqulava hal-hazırda bunu müəyyənləşdirir.

Mənbə: Netgazeti

 

Print