Müəllimlər qripə görə pulsuz peyvənd oluna bilərlər – Qamkrelidze

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib ki, pulsuz qrip peyvəndi alan risk qruplarına məktəb müəllimləri də əlavə edilib. Buna görə, Qamkrelidze müəllimləri poliklinikalara gedib, mövsümi qrip peyvəndi olunmağa çağırır.



Bu gün, 2 dekabrda keçirilən brifinqdə verdiyi məlumata görə, dövlət ümumilikdə 235 min qrip peyvəndi alıb, özəl sektorun aldığı peyvənd isə təxminən 70 min dozaya bərabərdir.

Bugünkü məlumatlara görə, 160 min doza peyvənd xərclənib. Abxaziyaya verdiyimiz 10 min doza və Gürcüstan ordusunun peyvənd edilməsi də buraya daxildir. Əmri iki dəfə dəyişdirdik və artıq demək olar ki, istəyən hər kəs gedib peyvənd oluna bilər, yəni 65 yaşdan yuxarı məhdudiyyətini qaldırdıq. Baxmayaraq ki, heç bir ildə bu qədər qrip peyvəndi almamışdıq, amma yenə də müraciət sayı azdır. Sonda müəllimləri də əlavə etdik və artıq onlar da poliklinikalara gedib peyvənd oluna bilərlər. Bu peyvənd istənilən poliklinikalarda var", – deyə Qamkrelidze qeyd edib.
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google