Gürcüstanda koronavirusdan daha 45 xəstə dünyasını dəyişdi
3 dekabr tarixinə olan məlumata görə, Gürcüstanda daha 45 nəfər koronavirusdan dünyasını dəyişdi. Bununla da ölkədə ölənlərin sayı artaraq 1 387 nəfərə yüksəldi.

Bu barədə məlumatı hökumət tərəfindən yaradılan stopcov.ge saytında yayımlanıb. Məlumata görə son sutka ərzidnə 45 nəfər koronavirusdan dünyasını dəyişib.

Digər məlumatlara gəlincə isə son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 4 260 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 147 636 nəfərə çatıb.

Sağalanların sayında da artım var – daha 2 947 nəfər sağalıb və sağalanların sayı 124 568 nəfər olub. İndiki mərhələdə ölkədə 21 655 aktiv koroavirusa yoluxmuş xəstə var.

Koronavirusa yoluxan 6 561 nəfər xəstəxanalarda müalicə olunur, onlardan 1 027 nəfərin vəziyyəti ağırdır. O cümlədən 390 nəfər süni nəfəs aparatına qoşulub.

Karantin rejimində 1 974, stasionar nəzarət altında 6 561 nəfər var, 3 867 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, özünütəcriddə 50 544, evdə müalicə alan şəxslərin sayı isə 11 227 nəfərdi. 41 nəfər Gürcüstan vətəndaşı isə müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print Email
FaceBook Twitter Google