Gürcüstanda koronavirusdan daha 45 xəstə dünyasını dəyişdi
3 dekabr tarixinə olan məlumata görə, Gürcüstanda daha 45 nəfər
koronavirusdan dünyasını dəyişdi. Bununla da ölkədə ölənlərin sayı
artaraq 1 387 nəfərə yüksəldi.
Bu barədə məlumatı hökumət tərəfindən yaradılan stopcov.ge saytında
yayımlanıb. Məlumata görə son sutka ərzidnə 45 nəfər koronavirusdan
dünyasını dəyişib.
Digər məlumatlara gəlincə isə son 24 saat ərzində Gürcüstanda
koronavirusa (Covid-19) 4 260 yeni yoluxma halı aşkarlanıb və
yoluxan insanların sayı 147 636 nəfərə çatıb.
Sağalanların sayında da artım var – daha 2 947 nəfər sağalıb və
sağalanların sayı 124 568 nəfər olub. İndiki mərhələdə ölkədə 21
655 aktiv koroavirusa yoluxmuş xəstə var.
Koronavirusa yoluxan 6 561 nəfər xəstəxanalarda müalicə olunur,
onlardan 1 027 nəfərin vəziyyəti ağırdır. O cümlədən 390 nəfər süni
nəfəs aparatına qoşulub.
Karantin rejimində 1 974, stasionar nəzarət altında 6 561 nəfər
var, 3 867 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur.
Bundan əlavə, özünütəcriddə 50 544, evdə müalicə alan şəxslərin
sayı isə 11 227 nəfərdi. 41 nəfər Gürcüstan vətəndaşı isə müalicə
üçün xaricdən ölkəyə gətirilib.