Gürcüstanda son sutkada 4 260 nəfər koronavirusa yoluxub, daha 2 947 nəfər isə sağalıb
3 dekabr tarixinə olan məlumata görə, son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 4 260 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 147 636 nəfərə çatıb.

Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılan stopcov.ge saytında yayımlanıb.

Sağalanların sayında da artım var – daha 2 947 nəfər sağalıb və sağalanların sayı 124 568 nəfər olub. Bu günə qədər isə Gürcüstanda koronavirusdan 1 387 nəfər dünyasını dəyişib. İndiki mərhələdə ölkədə 21 655 aktiv koroavirusa yoluxmuş xəstə var.

Koronavirusa yoluxan 6 561 nəfər xəstəxanalarda müalicə olunur, onlardan 1 027 nəfərin vəziyyəti ağırdır. O cümlədən 390 nəfər süni nəfəs aparatına qoşulub.

Karantin rejimində 1 974, stasionar nəzarət altında 6 561 nəfər var, 3 867 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, özünütəcriddə 50 544, evdə müalicə alan şəxslərin sayı isə 11 227 nəfərdi. 41 nəfər Gürcüstan vətəndaşı isə müalicə üçün xaricdən ölkəyə gətirilib.

Print Email
FaceBook Twitter Google