Kvemo Kartlidə son sutkada daha 351 nəfər koronavirusa yoluxub.
Bu barədə Hökumət Administrasiyasında keçirdiyi brifinqdə məlumat
verilib.
Digər məlumatlara gəlincə, 3 dekabr tarixinə olan məlumata görə,
son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 4 260 yeni
yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 147 636 nəfərə
çatıb.
Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılan stopcov.ge
saytında yayımlanıb.
Sağalanların sayında da artım var – daha 2 947 nəfər sağalıb və
sağalanların sayı 124 568 nəfər olub. Bu günə qədər isə Gürcüstanda
koronavirusdan 1 387 nəfər dünyasını dəyişib. İndiki mərhələdə
ölkədə 21 655 aktiv koroavirusa yoluxmuş xəstə var.
Koronavirusa yoluxan 6 561 nəfər xəstəxanalarda müalicə olunur,
onlardan 1 027 nəfərin vəziyyəti ağırdır. O cümlədən 390 nəfər süni
nəfəs aparatına qoşulub.
Karantin rejimində 1 974, stasionar nəzarət altında 6 561 nəfər
var, 3 867 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur.
Bundan əlavə, özünütəcriddə 50 544, evdə müalicə alan şəxslərin
sayı isə 11 227 nəfərdi. 41 nəfər Gürcüstan vətəndaşı isə müalicə
üçün xaricdən ölkəyə gətirilib.