NATO Gürcüstana praktiki və siyasi dəstəyini daha da gücləndirəcək.
Bu barədə alyansın Baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri
Gürcüstan üçün yenilənən substantiv paketin qəbulu ilə bağlı
razılığa gəliblər.
Baş katib qeyd edib ki, XİN başçılarının bugünkü görüşündə NATO-ya
üzv ölkələr Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə
dəstəklərini təsdiqləyiblər.
Mənbə: report.az