Buknarida baş verənlər | Müsəlman və xristian icmaları arasında dini qarşıdurma
Dünən 12 yanvar tarixində gecə saatlarında Çoxatauri rayonunun Buknari kəndində yerli xristianlarla müsəlmanlar arasında fiziki qarşıdurm baş verib. Qarşıdurma nəticəsində 2 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı bir nəfəri saxlayıb.

Yerli əhali arasında qarşıdurma dini zəmində baş verib. Müsəlman icmasının nümayəndələri mübahisənin səbəbinin kənddə ibadət yeri kimi istifadə edilən bir evin alınmasının olduğunu söyləyiblər. Onların sözlərinə görə, xristianlar yerli müsəlmanların bu istəyinə qarşı çıxıblar və hətta daşlardan da istifadə edərək fiziki təhdidlər ediblər.

"Həftələrdir davam edən müsəlman və xristian icmaları arasındakı mübahisələr ibadət yerimizin olub-olmaması məsələsi üzərindədir, xristian icması bizə bunu qadağan edir";

“Kənddə ibadət yerimizin olmamasını tələb edirlər. Kənarda, haradasa Çoxatauridən uzaqda bizə bir yer təmin ediləcəyini və orada ibadət etməli olduğumuzu söyləyirlər. Bu səbəbdən, kənddə ibadətgahımızın olmasını tələb edirik, əks təqdirdə heç bir müsəlman uşaq məktəbə getməyəcəkdir”;

"Əsas tələbimiz - sadəcə dinc şəkildə ibadət edə biləcəyimiz bir ibadətgahımızın olmasıdır... Buna yerli xristianlar qarşı çıxır - onlara mane olurmuş. Dəstə toplantıları olur, yolda qarşıdurmalar baş verir",
- deyə yerlilər mətbuata məlumat verib

Yerli müsəlman icmasının nümayəndələri fiziki qarşıdurma zamanı daşlardan da istifadə edildiyini və toqquşmanın yüngül xəsarətlərlə nəticələndiyini söyləyirlər.

“Müraciət etdik, ancaq bu günə qədər hələ də bir kompromisə gələ bilmədik. Bu gün isə bir irəliləyiş olub. Yetkinlik yaşına çatmayan uşaqlar bizi daşqalaq etdilər. Təxminən bir aydır ki, onlar dəstə-dəstə toplanaraq durub biz müsəlmanlara söyüş söyürlər. Biz özümü saxladıq. Bu ölkədə və bu kənddə yaşayırıqsa, bir ziyarətgahımız olmalıdır”;

“İki 12 yaşlı uşaq əməliyyat olunurlar. Bu insanlardan 15 dəqiqə ibadət etməyi xahiş edirik, başqa bir şey istəmirik", - deyə müsəlmanlar açıqlama verib.

Doktor Teymuraz Koroşinadzenin sözlərinə görə, yaralıların başında küt alətlə yetirilmiş yara var idi. Onun sözlərinə görə, xəstələrin vəziyyəti qənaətbəxşdir.

Məria isə tərəflərə bu gün, 13 yanvarda görüşməyi və danışıqlar aparmağı təklif edib. İrakli Kuçavaya görə, meriya və hüquq-mühafizə orqanları mübahisələri azaltmaq üçün əllərindən gələni edirlər.

Qarşıdurma iştirakçıları bütün gecə Çoxatauri rayon polisi tərəfindən dindirilib. Acarıstan Polis İdarəsinin rəisi Konstantine Ananiaşvili də vəziyyətlə tanış olmaq üçün Quriyaya gəlib.

Daha sonra Daxili İşlər Nazirliyi bir nəfərin həbsi ilə bağlı da bir açıqlama yayıb.

"İstintaq müəyyənləşdirdi ki, Çoxatauri Bələdiyyəsinin Buknari kənd sakini Q.S. bu il 12 yanvar tarixində həmkəndliləri - 2003-cü il təvəllüdlü N.İ və 2003-cü il təvəllüdlü M.İ. ilə qarşıdurma zamanı onlara daşla başlarından xəsarət yetirib".

Hər iki yaralı həkimlərin müvafiq tibbi yardım göstərdikləri xəstəxanaya aparılıb. Onların həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin döyülmə və ya digər zorakılıq hallarını nəzərdə tutan və altı aydan 1 ilədək həbs cəzasını nəzərdə tutan 126-cı maddəsinin birinci hissəsi ilə istintaq aparılır”.

“Təəssüf ki, həqiqətən də müsəlman icmasının ölkədə ayrı-seçkilik münasibətləri baxımından bir sıra problemləri var. Bu gün Çoxatauri/Buknaridə baş verən təəssüfdoğurucu hadisələr bunun bariz nümunəsidir", - deyə xalq müdafiəçisi Nino Lomcaria açıqlama verib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər