Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq
Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb.

Bu barədə mediyaya açıqlamasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

"Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur", - İ.Məmmədov bildirib.

Mənbə: report.az
Print